“Hirkan” qoruğu məhv edilir
24-08-2013, 08:50
Oxunub: 7 114
Astara sakini həyəcan təbili çalsa da, səsinə səs verən yoxdur
Astara rayonu, Mərzəsəy kənd sakini Ziyad Cabbarov a göndərdiyi məktubundan “Hirkan” qoruğunda ağacların qanunsuz kəsilməsindən bəhs edir. Şikayətçi yazır: Şadoğlan Əliyev sahə müvəkkili, Şahin Əliyev müdir köməkçisi vəzifəsində çalışır. Onlar vəzifədən sui-istifadə edərək ağacları kəsir və qanunsuz satışını təşkil edirlər. Əldə etdikləri pulla özlərinə kənddə ev tikirlər. Qanusuz ağackəsmədə cinayət əməli olsa da, indiyə kimi onlar barədə heç bir tədbir görülməyib. Bu barədə Astara rayon Prokurorluğuna, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə saysız-hesabsız müraciətlər ünvanlamışam".
Şikayətçi onu da bildirir ki, “Hirkan” qoruğunda Şadoğlan Əliyevin icazəsiylə 20-dən çox fərdi yaşayış evi tikilib: “Indinin özündə də ev tikintisi davam edir”.
Şikayətçi Şadoğlan Əliyevin təqib və təzyiqlərinə məruz qaldığını söyləyir: “Bu ilin iyulun 10-da gecə saat 1 radələrində evimə basqın etdi. Bu barədə Astara rayon polis idarəsinə, rayon prokurorluğuna müraciət etdim. Heç bir nəticə olmadığı üçün avqustun 18-də yenidən hücum etdi. Hasarı uçurtdu, evin damını sökdü. Yenidən aidiyyəti qurumlara müraciət etdim, hələlik heç bir cavab verilməyib. Şadoğlan Əliyev məni ölümlə hədələyir, deyir ki, cinayət törədib hadisəni mənim üstümə atacaq”. “azadlıq”
Sosial şöbə
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər