Lənkəran RİH-in başçısı Qaraşovdan Abdullayevə «Yengə» bənzətməsi
26-08-2013, 10:55
Oxunub: 6 404
İcra başçısı idarə rəisini işdən çıxartdırmaq üçün bütün imkanlarını səfərbərliyə alıb
Son dövrlər Lənkəran rayonu haqqında olduqca maraqlı informasiyalar daxil olur. Xüsusən də icra başçısı Taleh Qaraşov və Miqrasiya Xidmətinin rəhbəri Səmədağa Abdullayevlə bağlı əldə edilən məlumatlar qarşı tərəfi ciddi şəkildə narahat etməyə başlayıb.
Mətbuatda adları hallanan bu şəxslər bir-birlərindən şübhələnməklə yanaşı, həm də qarşılıqlı olaraq tədbir görürməyə çalışırlar. Məsələn, bir neçə gün əvvəl Qaraşov Lənkəran İcra Hakimiyyətində kiçik bir toplantı keçirərək, mətbuatda haqqında gedən yazıların kimlər tərəfindən və hansı məqsədlə yayımlandığını araşdırmağı tələb edib. Eyni zamanda, həmin yığıncaqda Səmədağa Abdullayevlə də bağlı müzakirə aparıb və Taleh Qaraşov tələb edib ki, onun əleyhinə kompromatların toplanılaraq, mətbuatda yayılmasına start verilsin.
Mənbə bildirir ki, Səmədağa Abdullayevə «Yengə» ləqəbi qoymuş icra başçısı Taleh Qaraşov onunla çoxdan bəri yaşanan qalmaqala bu şəkildə son qoymaq istəyir. Amma Miqrasiya Xidmətinin Regional İdarəsinin rəisi Səmədağa Abdullayev də kiçik fiqur deyil. Çünki qardaşı Cavid Abdullayev Sərhəd Xidmətinin Maddi Təhcizat İdarə rəisinin 1-ci müavinidir. Elə məsələdə onun da marağı var. Çünki qardaşının İcra Hakimiyyətindən işdən çıxarılmasında Taleh Qaraşov və digərlərini günahkar görən Ceyhun Abdullayev Səmədağanı icra başçısı postunda da görür.
Eyni zamanda, Abdullayevlərin Lənkəranda, Sütəmurdov kəndi yaxınlığınd. Dənizin sahilində böyük villası var. 6 sot ərazidə tikilmiş bu villanın qiyməti isə milyonlarla dollar hesab olunur. Üstəlik, bu ərazidə torpağın hər sotu 25 min manatdır. İdarə rəisi həmçinin Bakıda da böyük mal-mülkə və göəzzlik salonlarına sahibdir. Onun nəzarətində olan gözəllik salonlarında hətta bahalı epilyasiya aparatlarının olduğu da deyilir. jam.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər