BolgeXeber.Com » Bölgə » Füzulidə ölkə başçısına sayğısızlıq camaatı ayağa qaıdırdı

Füzulidə ölkə başçısına sayğısızlıq camaatı ayağa qaıdırdı

27-08-2013, 11:25
Oxunub: 6 396 Füzuli rayonundakı mənbəmizin verdiyi məlumata görə rayon əhalisi yerli icra orqanları rəhbərlərinin özbaşınalığından, süründərməçiliydən, rüşvətxorluğundan bezərək, qeyri-adi aksiyaya əl atıb, təşkilatlanmaya qərar verib. Belə ki, ilkin seçilən metodlardan biri kimi, məmurlardan narazı kütlə, həyətlərindəki evlərin giriş qapısına “A” işarəsi vurub narazılıqlarını nümayiş etdirir və paralel olaraq imza toplama kompaniyası da keçirirlər. Məlumatda qeyd olunur ki, artıq son 48 saatda narazılığını bildirmək üçün imza atan insanların sayı 1224 nəfər olub.
Musavat partiyası rayon təşkilatınin fəallarının biri ilə telfon əlaqəsi saxladıq və baş verənləri ondan öyrənmək istədik. Adil bəy rayonda icra orqanlarından yerli əhalinin narazılıqının pik həddə olmasını təsdiqləsə də, səhətində müfəvqəti problem olduqu üçün keçirilən belə bir aksiyaya hələki qatıla bilmədiyini söylədi. Qeyd edək ki, Füzuli rayonunda bir neçə ziyalılarlada əlaqə saxlayıb, seçki öncəsi rayonun ictimai,siyasi həyatı ilə maraqlandıq. Onlar da həqiqətən də rayonda biabırçılığın hökm sürdüyünü təstdiqlədilər. Ziyalılar onuda qeyd etdilər ki, bir neçə gün bundan öncə Alı Alıyevin yaxını E- adlı şəxs yeyib içəndən sonra olkə başçısının şəkilklərinə hörmətsizlik etsədə ona qarşı heç bir tədbir görülməmişdir. Elə yerli əhali cənab Alıyevi istefa verməsinə çağrışının ikinci səbəbi də budur. Gecələr prezidentin şəkilləri əcayib hala salınaraq murdar yerlərə atılması ilə bağlı əməkdaşlarımız çox ciddi araşdırmalar aparır. Bu məsələ ilə bağlı geniş yazılar dərc olunacaq. Son dönəmlər Füzuli rayonunda Alı Alıyevin rəhbərliyi altında çox maraqlı hadisələr baş verir. Saytımızı oxumanız yetər ki, bütün bunlardan xəbəriniz olsun. azerinews.org