Lerik məhkəməsində rüşvət qalmaqalı
27-08-2013, 12:00
Oxunub: 6 432
Lerik Məhkəməsində vətəndaşları belə aldadırlar
Lerik Rayon Məhkəməsində uzun illər katib vəzifəsində çalışan İmran Əhmədov vətəndaşları aldatmaqla məşğuldur.
Daxil olan məlumata görə uzun illər bu vəzifədə çalışan və çox sayda hakim yola salmış İ.Əhmədov vətəndaşları aldadır, onlardan müxtəlif yollarla rüşvət alır. Onun bu hərəkətləri isə keçmiş hakim Məlikov Vəzirxanın dövründə izaholunmaz həddə çatıb. Ancaq işi məhkəməyə düşən şəxslərdən rüşvət alaraq onların xeyrinə qərar çıxaracağına dair söz verən İ.Əhmədovun bu fırıldaqçılığı çox çəkməyib. Buna səbəb isə Lerik rayon Məhkəməsində kadr dəyişikliyi olub.
Belə ki, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayaraq Vəzirxan Məlikovu işdən azad etmiş, yerinə Lənkəran Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı təyin edib. Bununla da İ.Əhmədovun fırıldaqçılığının üstü açılıb.
Müxtəlif məsələlərlə bağlı məhkəməyə müraciət edən vətəndaşlar problemləri həll edilmədiyindən İ.Əhmədovdan şikayət ediblər. Övladlığa uşaq götürmək istəyən və İ.Əhmədov tərəfindən aldadılan vətəndaş bildirir ki, İ.Əhmədov problemin həll edilmədiyini yeni hakim təyinatı ilə əlaqələndirir, aldığı rüşvəti isə keçmiş hakimə verdiyini deyir.
Digər bir vətəndaşı – şəhid atasını aldadan İ.Əhmədov isə üstündən bir neçə il keçməsinə baxmayaraq, sənədlərində ciddi nöqsanlar olduğunu bəhanə gətirərək vətəndaşı get-gələ salıb.
Hazırda Lerik sakinləri problemlə bağlı yeni hakim Təyyar Abbaslıya müraciət edəcəklərini deyirlər. Maraqlıdır, görəsən, İ.Əhmədov uzun illər bu vəzifədə qazandığı təcrübədən istifadə edərək yeni hakimi də aldada biləcəkmi? Görünən odur ki, yeni hakim Təyyar Abbaslı üstündən bir neçə həftə keçməsinə baxmayaraq, gələ də vəzifəsinin icrasına başlamayıb. Çünki məhkəmənin rəsmi saytında http://lerikcourt.gov.az/ hələ də hakim kimi Məlikov Vəzirxan İsgəndər oğlunun adı qeyd olunur.
Mövzu ilə bağlı Lerik rayon Məhkəməsi və şəxsən İ.Əhmədovun özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. (qaynar.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər