Lənkəranın icra başçısının şok yeyinti faktı üzə çıxdı
28-08-2013, 12:15
Oxunub: 5 533
Lənkəran-Boladi yolunun çəkilməsinə ayrılmış pul icra başçısının cibinə gedib, qalan işləri idarə və müəssisə rəhbərləri görəcək
Hələ bu ilin iyulunda prezident İlham Əliyev Lənkəran rayonuna 2,5 milyon manat pul ayırılmasına dair sərəncam imzalamışdı. Həmin sərəncama əsasən bu vəsait 10-dan artıq kəndi birləşdirəcək Lənkəran-Boladi yolunun yenidən qurulmasına sərf olunmalıydı.
Qeyd olunan 2,5 milyon manat pul əlavə vəsait kimi nəzərdə tutulub. Çünki bundan əvvəl də həmin yolun çəkilməsi üçün büdcədən vəsait ayrılıbmış. Amma Boladi yolunu gedənlər yaxşı bilirlər ki, çəkilən asfalt görüntü üçündür. Çünki yeni çəkilmiş bu yoldakı «yama»ların sayı o qədər çoxdur ki, onun yeni olmasına qətiyyən inanmaq olmur. Üstəlik, keyfiyyətsiz işin ilk nümunəsi də elə yol boyunca diqqəti çəkir.
Bəs, bu qədər vəsait hara yoxa çıxıb? Jam.az-a verilən məlumata görə, prezidentin növbəti dəfə 2,5 milyon manat ayırmasından sonra Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sevincinin həddi-hüdudu olmayıb. Hətta iş o yerə çatıb ki, Qaraşov işçiləri ilə ən şit zarafatlara qədər edib. İcra Hakimiyyətindəki mənbə də bildirib ki, icra başçısı pul ayrılandan sonra xeyli məmnun olub və bəri başdan nəzərdə tutduğu şəxsi işləri üçün həmin vəsaitdən istifadə edilməsi üçün hazırlıqlara başlayıb.
Bu azmış kimi, Lənkəran-Boladi yolunun inrşaasının davam etdirilməsi üçün Taleh Qaraşovun çıxardığı oyun isə tamam başqadır. Məlumatlara görə, icra başçısı artıq bütün idarə və müəssisə rəhbərlərini toplayaraq, onlardan pul tələb etməyə başlayıb. Həmin pulu guya, seçki kampaniyası üçün yığdığını deyən icra başçısının əslində, qeyd olunan yolun çəkilməsi üçün vəsait topladığı dəqiqdir. Çünki büdcədən ayrılmış 2,5 milyon manatın aqibətinə çoxdan aydınlıq gətirilib. Və idarə-müəssisə rəhbərləri hesabına inşaat işlərinin davam etdirilməsi qərarlaşdırılıb. Onu da qeyd edək ki,bu qanunsuz əməlləri ilə icra başçısı dolayısı ilə rayon əhalisini Milli Şuraya dəstək olmağa sürükləyir.
P.S. Bu əsnada Taleh Qaraşovun ciddiyyən ciddi şəkildə narahatlıq keçirdiyi və özünə yaxın olan mətbuat orqanlarında təkzib xarakterli yazılar dərc etdirdiyi müşahidə olunur. Bu narahatlıqın səbəbi isə Lənkəranda baş verən özbaşınalıq və korrupsiya hallarının davamlı olaraq tərəfimizdən ictimaiyyətə çatdırmağımızdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər