BolgeXeber.Com » Bölgə » Bolgexeber. com-un Sumqayıtdakı qumarxanalar barədə yazısı bəhrəsini verdi

Bolgexeber. com-un Sumqayıtdakı qumarxanalar barədə yazısı bəhrəsini verdi

28-08-2013, 15:20
Oxunub: 6 632 Bir müddət əvvəl Bolgexeber.com olaraq Sumqayıt şəhərində gizli kazino və qumarxanaların fəaliyyəti barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, həmin gizli qumarxanaların rahat fəaliyyət göstərməsinin arxasında Sumqayıt polisi dayanıb.Həmçinin bunun müqabilində qumarxana işlədənlərin şəhər polisinə aylıq haqq ödəməsi və bu baxımdan da şəhərdə tuğyan edən qumarxanaların fəaliyyətinə polisi müdaxlə etmək niyyətində olmaması vurğulanırdı.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilirdi ki, şəhərin bəzi mikrarayon ərazilərində onlayın sistemli qumarxanalar fəaliyyət göstərir. Belə qumarxanalardan birinin də şəhərin Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milan” klubu olması qeyd olunurdu. Qeyd edək ki, daxil olan məlumata görə həmin klub axşam saat 20:00-dan sonra səhər saatlarına qədər gecəni rahat şəkildə kazino kimi fəaliyyət göstərməsi haqda məlumat verilirdi.
Mənbənin dediyinə görə “Milan” qumarxanasının sahibi Süleyman adlı şəxs olub. Deyilənlərə görə, bu şəxs qumar “karyerası”na futbol klublarda koiffisent yığan kimi başlayıb. Bu sahədə təcrübə topladıqca püxtələşib, sonradan kazino sahibi olub. Hətta vəziyyət o həddə çatıb ki, ölkədə qanunla kazino fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq Süleyman qumarxananı işlətməkdə heç bir problem görməyib.
Çünki adıçəkilən şəxs iddia edib ki, bu yöndə güc strukturlarının hər birinin haqqını vaxtlı-vaxtında çatdırdığı üçün ona gözün üstə qaşın var deyən olmur. Yoxsa onu bir dəqiqə belə işləməyə qoymazlar.Ancaq bizim ,həmçinin digər mətbu orqanların bu məsələni işıqlandırmasından sonra hüquq-mühafizə orqanları hərəkətə keçərək qanunsuz qumarxanalara qarşı müəyyən tədbirlər keçiriblər.
Belə ki,Bolgexeber.com Daxili İşlər Nazirlyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayon Koroğlu prospektində əməliyyat-axtarış tədbirləri keçirilib.
Tədbirlər nəticəsində şəhər sakini Süleyman Həsənovun qanunsuz "on-line" qumar oyunları təşkil etməsi müəyyən edilib.
Ora baxış zamanı 11 ədəd kompüter dəsti, 2 ədəd noutbuk, 913 Azərbaycan manatı və 100 ABŞ dolları aşkar edilərək götürülüb.
Qeyd edək ki, Bolgexeber.com qumarxanalar ilə bağlı araşdırmalarını bundan sonra da davam edəcək.
Bolgexeber.com