BolgeXeber.Com » Bölgə » Prezident Saatlıya niyə getmədi?

Prezident Saatlıya niyə getmədi?

30-08-2013, 08:55
Oxunub: 6 005 Prezident İlham Əliyevin bölgələrə səfərlərinə yerli icra strukturlarının çox ciddi hazırlaşdığı və onun gəlişindən bir neçə gün öncə həmin rayonda qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürdüyü artıq ənənə halını alıb.

Ancaq bəzən hər şey zərgər dəqiqliyi ilə ölçülüb- biçilsə də yaddan çıxan və ya əvvəlcədən planlaşdırılmadığı kimi cərəyan edən hadisələrdən də qaçmaq mümkün olmur.
Belə bir fors-major situasiya Saatlıda yaşanıb. Rayondakı etibarlı mənbədən verilən məlumata görə prezidentin səfərinə son hazırlıq işləriylə yerindəcə tanış olmaq üçün Bakıdan gələn helikopter nəzərdə tutulan Xələfli kəndindəki yenicə təmir edilmiş 2 saylı orta məktəbin həyətinə deyil, başqa bir kənddəki-Minbaşıdakı 2 saylı məktəbin (?) həyətinə düşüb.
Maraqlıdır ki, bir neçə naziri gətirən həmin helikopteri qarşılamaq üçün Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov və rayon ictimaiyyətinin nümayəndələri təmirli məktəbin həyətində toplaşsalar da pərt duruma düşüblər və nəticədə onlar dərhal helikopter düşdüyü digər məktəbin həyətinə getməli olublar. Ancaq həmin məktəbə gedən yol prezidentin keçəcəyi marşuruta daxil olmadığından o qədər də təmirli olmayıb və saatlılar görüş yerinə xeyli gecikiblər. Rayonda bununla bağlı ciddi gərginliyin hökm sürdüyü bildirilir və digər çox ciddi çatışmazlıqların olduğu səbəbindən prezident İlham Əliyevin səfərinin qeyri-müəyyən vaxta təxirə salındığı deyilir.