Lənkəranın icra başçısı iş adamını diz çökdürtdü-FOTO
31-08-2013, 10:25
Oxunub: 5 805
Taleh Qaraşov Xanbulanda tikilən otelin sahibindən 40 min manat pul və 20 sot torpaq alıb
Lənkərandan daha bir rüşvət qalmaqalı xəbəri gəlib. Rayondan verilən məlumata görə, qalmaqala səbəb Xanbulanda inşa edilən otel olub.
Belə ki, deyilən ərazidə yeni otel inşa etdirən yerli iş adamlarından biri icra başçısı Taleh Qaraşovun «qara siyahı»sına düşüb. Onunla danışıq aparan icra başçısı iş adamından tikintini davam etdirməsi üçün 40 min manat haqq istəyib. Bundan əlavə isə otelin qarşısındakı ərazidən 20 sotunu yaxın adamlarının adına keçirilməsini tələb edib. Sahibkar ilkin mərhələdə bu tələbləri rədd edib. Və işinə davam etməyə çalışıb. Lakin icra başçısının göstərdiyi təzyiqlərin qarşısında duruş gətirə bilməyərək məcburiyyətdən onunla razılaşmalı olub. Daha doğrusu, Taleh Qaraşovun göstərişinə əsasən otelin tikintisi 20 gün dayandırılıb.
Maraqlı məqamlardan biri odur ki, ümumiyyətlə, rayonda bu cür danışıqları icra başçısının adından Lənkəran rayon İcra Hakimiyyətinin memarı Mahir adlı şəxs aparır. Elə icra başçısına pulun çatdırılmasını da bu şəxs həyata keçirir.
JAM.AZ-a daxil olan məlumatda o da vurğulanır ki, bu Lənkəranda ilk hadisə deyil. Həmin məlumatlara əsasən hələ bir müddət əvvəl Xanbulanda buna bənzər digər bir olay da reallaşıb. Belə ki, Taleh Qaraşovun Xanbulanda özünə villa tikmiş imkanlı şəxslərdən birinin evinə gözü düşüb. Həmin evi ələ keçirmək istəyən icra başçısı ona müxtəlif təzyiqlər göstərdikdən sonra villa sahibini bu razılaşmaya məcbur edib. Hal hazırda icra başçısı Taleh Qaraşovun Xanbulanda ələ keçirdiyi həmin evin tayı-bərabəri olmadığı deyilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər