BolgeXeber.Com » Bölgə » Qazaxda baş həkim şöbə müdirini bıçaqladı

Qazaxda baş həkim şöbə müdirini bıçaqladı

31-08-2013, 12:30
Oxunub: 7 279 Bu gün Qazax Rayon Diaqnostika Mərkəzinin müdiri Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb. Bu barədə yerli mənbədən verilən xəbərə görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev dərhal cərrahiyyə əməliyyatına göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib.
Məlumata görə, Ş.Həsənov Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın qardaşıdır.