BolgeXeber.Com » Bölgə » İcra başçsı FHN-in qərarını nəzərə almır

İcra başçsı FHN-in qərarını nəzərə almır

31-08-2013, 15:25
Oxunub: 6 686 "Kəmaləddin Heydərov da görsün ki, Fövqəladə Hallar Komisiyasının qərarların Vaqif Abdullayev saymır."

Hazırda Beyləqanda yaşayan məcburi köçkün Mahirə Cəfərova gunxeber.com-un redaksiyasına müraciət edərək icra hakimiyyətinin çirkin əməllərindən bezdiyini deyir. Şikayətçi deyir ki, FHN-nin yeli nümayəndəsinin qərarını icra başçısı nəzərə almır: “Bir neçə məmur birləşərək evimizi sökməyimizi tələb edir”

1993-cü ildən Füzuli rayonu işğal olunduqdan sonra Beyləqan rayon M.Ə.Rəsulzadə küçəsi 169 nömrəli klub binasında məskunalşan M.Cəfərova evinin sökülməsi və qanunsuz cərimələdiyini deyir. O, bildirir ki, yaşadıqları “Klub binası” çiy kərpicdən olduğundan 2010-cu ildə uçub. Düşdükləri acınacaqlı vəziyyətlə bağlı icra hakimiyyətinə müraciət edən M.Cəfərova əvəllkindən də çətin problemlə qarşılaşıb: “Məcburi köçkün həyatı yaşayırıq. Füzulidən köçkün düşəndən sonra Beyləqan rayonuna gəldik. Burada kolxoz həyətindəki Klub binasına yerləşdik. Bina yaşamağa yararsız olsa da başqa çıxış yolumuz yox idi. Evimiz 2010-cu ildə uçdu. Rayon Fövqəalda Hallar Komisiyasının sədri Nurəddin Bayramov gəlib əraziyə baxış keçirdi. O, dedi ki, Klub binasının qarşısından özünüzə ev tikib yaşayın. Bizdə belə etdik. Buna kimi icra hakimiyyətində bir neçə dəfə qəbulda olmuşduq. Rayon Fövqəlada Hallar Komisiyasının sədrinin dediyi sözlər bizi arxayın saldı və kolxoz həyətində iki otaqlı ev tikdik. Ailə üzvülərimiz çox olsa da iki otağa sığındıq. Amma dərdlərimiz bunula da bitmədi. Bu ilin yanvar ayında polislərlə qapımıza soxulan, Beyləqan rayon sakini, B.Sərdərov 10 da yaşayan Tofiqə Şura qızı Quliyeva evi sökməyimizi tələb etdi. Dəfələrlə evimizə soxulan T.Quliyeva məni təhqir elədi. Bu haqda hüquq-mühavizə orqanlarına da müraciət etdim. Amma rəsmilər nədənsə T.Quliyevanının sözünü deyirlər.

Yerli icra hakimiyyətinin hüquq şöbəsininin müdiri Zakir Mehtiyev qanunsuz ev tikdiyimə görə 400 manat cərimə yazdı. Cəriməni yazan Z.Mehdiyev iddia edir ki, ərazi T.Quliyevaya məxsusdur. Amma yerli torpaq şöbəsi bunu təsdiq etmir. Çünki ev tikdiyimiz torpaq sahəsi kalxoz həyətidir. Bu cərimənin qanunsuz olduğunu Z.Mehdiyevin özü də yaxşı bilir.

Yaşadığımız ərazidən çıxarılmağımızla bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsək də bir xeyri olmadı.

Hazırda Beyləqan rayon Mərkəzi xəstəxanasında işləyirəm. Aldığım maaşla 7 nəfəri saxlayıram. İndi mənim maaşımdan pul tuturlar. Köçkünlük həyatı bir yandan, yerli məmur da bir yandan bizi sıxır.

Sizn vasitənizlə cənab Nazir Kəmaləddin Heydarova da müraciət ediriəm. Çünki yerli Fövqəladə Hallar Komisiyası bizim tikinti aparmağımızı məsləhət gördü. Hüquq şöbəsinin müdiri Zakir Mehdiyev isə bunun qanunsuz olduğunu deyir.

Zakir Mehtiyevin əməllərindən icra başçısının da xəbəri var. Vaqif Abdullayev də bizim problemlərimizlə maraqlanmır. Mən belə başa düşürəm ki, rayon Fövqəladə Hallar Komisiyasının da səlahiyyəti var. Amma Vaqif Abdullayev, Zakir Mehdiyev ancaq öz dediklərin edirlər.

Biz çıxılmaz vəziyyətdə qalmışıq. Qoy cənab nazir Kəmaləddin Heydərov da görsün ki, Fövqəladə Hallar Komisiyasının qərarların Vaqif Abdullayev saymır. Sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırasınız.

Cəfərova Mahirə Bəşir qızı