BolgeXeber.Com » Bölgə » AMEA: Lerikdə üzərində 5 min illik yazı olan daşların tapılması haqda məlumat həqiqətə uyğun deyil
AMEA: Lerikdə üzərində 5 min illik yazı olan daşların tapılması haqda məlumat həqiqətə uyğun deyil
31-05-2011, 20:35
Oxunub: 7 373
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Lerik rayonunda üzərində 5 min illik tarixə malik mixi yazılarının olduğu daşların aşkarlandığı barədə yayılan məlumatı təkzib edib.
Bolgexeber.com-a açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli deyib ki, haqqında bəhs edilən daşlar üzərindəki çöküntülərin qədim yazı nümunələri ilə heç bir bağlılığı yoxdur. Onun sözlərinə görə, həmin daşlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna təhvil verilib:
“Arxeoloqlar müəyyən ediblər ki, həmin daşlar üzərində heç bir yazı işarəsi yoxdur və bu barədə mətbuatda yayılmış informasiya elmi həqiqətə uyğun deyil. Bu daşlar üzərindəki çöküntülər çox ehtimal ki, daşlaşmış bitki qalıqlarıdır və qədim insanın fəaliyyəti ilə əlaqəli deyil. Belə daşlaşmış çöküntülərlə əlaqədar Azərbaycanda çoxsaylı tapıntılar məlumdur”.
Nəcəf Müseyibli qeyd edib ki, bu vaxta qədər Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində mixi yazılara aid cəmi iki nümunə aşkar edilib: “Bunlardan birincisi 1895-ci ildə Emil Resler tərəfindən 11 nömrəli Xocalı kurqanından aşkar edilmiş muncuq üzərindəki yazıdır. Bu yazı Assuriya çarı I Adadnirarinin adından ibarət olub, eradan əvvəl XIV-XIII əsrlərə aiddir. İkincisi isə 2009-cu ildə Şərur rayonundakı eradan əvvəl I minilliyin birinci yarısına aid Oğlanqala şəhər yerindən aşkar edilmiş saxsı qab fraqmenti üzərindəki yazıdır”.
Direktor müavini əlavə edib ki, Azərbaycanın cənub bölgəsi mixi yazıların yayıldığı Yaxın Şərqin sivilizasiya mərkəzləri ilə bilavasitə qonşu ərazidə yerləşdiyindən orada mixi yazıların aşkar edilməsi ehtimalı var: “Lakin haqqında bəhs edilən bu daşlar üzərindəki çöküntülər qədim yazı deyil”.
Bu yaxınlarda kütləvi informasiya vasitələrində Lerik rayonunda üzərində 5 min illik tarixə malik mixi yazılarının olduğu daşların aşkar olunması barədə məlumat yayılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər