BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısının səyyar qəbul-görüşü keçirilib

Tərtərin icra başçısının səyyar qəbul-görüşü keçirilib

19-03-2022, 10:10
Oxunub: 3 872 Mart ayının 18-də Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hüsənli kəndində səyyar qəbul-görüşü keçirilib.Bolgexeber.com xəbər verir ki, qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, və kənd sakinləri iştirak ediblər.
Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Hüsənli kəndinin 1942 hektar ərazisi, 641 təsərrüfatı, 2377 nəfər əhalisi, 1116 hektar pay torpağı var. Kənddə 1 tam orta məktəb, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi,1 kitabxana, 2 iaşə obyekti, 8 mağaza fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz, su ilə təmin olunublar.
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
Zülfiyyə İsgəndərova, Cavid Mirzəyev Vətən Müharibəsində evlərinə dəymiş ziyanla, Məhəmməd Məmmədov, Akif Cümüşüdov kənddə sakinlərin vəsaiti hesabına yeni məscidin tikilməsinə icazə verilməsi, Qənirə Heydərova, İsmayıl Əhmədov əkin sahələrinin suvarılması üçün istifadə olunan T-73 vəT-169 nömrəli subartezianların əsaslı təmirə ehtiyacı olması, Cümşüd Həsənov və Kamal Hümbətov kənd ərazisindən keçən 1970-ci ildə çəkilmiş Bakı-Ağdam dəmir yolu xəttinin bərpası zamanı sakinlərin bu ərazidə olan 120 hektar pay torpağına keçidin qoyulmaması, kənddə işıq xətlərinin kabelləşdirilməsi, kənd sakinlərinin vəsaiti hesabına kənddə yeni məscid binasının tikilməsinə icazə verilməsi, Bəxtiyar Qəhrəmanov isə Bərdə-Ağdam Respublika əhəmiyyətli 1-ci dərəcəli 4 hərəkət zolaqlı avtomobil yolunun kənarında ona sahibkarlıq obyekti üçün torpaq ayrılması, Bəhruz Quliyev özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş kiçikbuynuzlu damazlıq heyvanların yararsız olması, Əliyar Məmmədov işlə bağlı, Bayram Bayramov İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbinin adının dəyişdirilərək əslən Hüsənli kəndindən olan Azərbaycanın Milli qəhrəmanı Füzuli Rüstəmovun adının verilməsi ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyəti tapşırıqlar verilib, İcra Hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı olan müraciətlərə ətraflı izahatlar verilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini Novruz Bayramı münasibəti ilə təbrik edib. Sonra o Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
İcra başçısı rayonda yol verilmiş erkən nigah halları haqqında da söhbət açıb. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası rayon Təhsil şöbəsi və rayon Polis şöbəsi ilə birlikdə məktəblərdə erkən nigahla bağlı tədbirlərin keçirilməsini, şagirdlər arasında erkən nigahın fəsadları barədə marifləndirmə işləri aparılmasını tapşırıb.
Sonra Milli Məclisin deputatı Sahib Alıyev Hüsənli kəndinin sakinlərini salamlayaraq onları Novruz Bayramı münasibəti ilə təbrik edib. Sakinlərin müraciətləri ilə bağlı öz fikirlərini bildirib, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi tərəfindən özünüməşğulluq lahiyəsi çərçivəsində vətəndaşlara verilən aktivlərin bəzən yararlı olmadığını, bununla bağlı araşdırma apararaq öz səlahiyyətləri çərçivəsində məsələ qaldıracağını bildirib.
Kənd sakinləri Yusif Ağayev və Amil Əkbərov əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Hüsənli kəndindən olan Vətən müharibəsi şəhidləri Hüseynov Eşqin Cəsarət oğlu və Məmmədov Taleh Arif oğlunun ailəsində olub onlara bayram sovqatı təqdim edib, qayğıları ilə maraqlanıblar. Hər iki ailənin üzvləri şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.