Lerikə 70 sm qar yağdı (FAKTİKİ HAVA)
22-03-2022, 13:52
Oxunub: 2 936
Martın 22-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, lakin yağıntıların intensivliyi bir qədər səngiyib.
Bolgexeber.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
"Qar örtüyünün hündürlüyü Lerikdə 70 sm, Sarıbaşda (Qax) 68 sm, Yardımlıda 58 sm, Altıağacda 47 sm, Ağdərədə (Ordubad) 44 sm, Şahdağda 41 sm, Xaltanda 34 sm, Kişçayda (Şəki) 32 sm, Ləzədə 28 sm, Girdimançay, Qaranohurda (İsmayıllı) 25 sm, Qrızda 18 sm, Daşkəsəndə 12 sm, Xınalıqda 10 sm, Göygöldə 7 sm, Naxçıvanda 6 sm, İsmayıllı, Şahbuzda 5 sm, Qusarda 4 sm, Şərur, Qubada 2 sm, Culfa, Sədərək, Şəkidə 1 sm olub".
Onun sözlərinə görə, düşən yağıntının miqdarı Astarada 12 mm, Lənkəranda 6 mm, Yardımlı, Ağdərədə (Ordubad) 4 mm, Lerik, Naxçıvan, Şərur, Şahbuzda 3 mm, Daşkəsən, Oğuz, Zaqatala, Şahdağ, Ordubadda 2 mm, Culfa, Sədərək, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Göytəpə, Kişçay (Şəki), Balakən, Qəbələ, Şəki, Şamaxıda 1 mm-dək olub.
"Qərb küləyinin sürəti arabir Naftalanda 24 m/s, Göygöl, Tərtərdə 20 m/s, Şəmkir, Ağdamda 16 m/s-dək güclənib".
G.Məmmədova qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 2 dərəcəyədək isti olub.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər