Tərtərdə kimləri vəzifə başına gətiriblər?
4-09-2013, 13:25
Oxunub: 6 852
Üzeyir Salayev: «Rayonda bacırıqsız, savadsız, saxta diplomlu adamları vəzifə başına keçiriblər»
Tərtər rayonu Qaradağlı kənd sakini Üzeyir Salayev rayonda baş verənlərdən şikayətçi düşüb. Bolgexeber.com-a açıqlama verən kənd sakini bildirir ki, orta ixtisas təhsillidir və sonuncu dəfə kənd İcra Nümayəndəsi vəzifəsində çalışıb.
O deyir ki, işdən çıxarılmasının səbəbi orta ixtisas təhsilli olmasıdır. Amma Tərtərdə onun kimi yüzlərlə adamın olduğunu və heç birinin də problem yaşamadığını vurğulayır.
Üzeyir Salayev bildirir ki, rayonda belə adamlar arasında imkanlı olanlar, saxta diplomlular, xəstəliklə bağlı pensiyaya çıxanlar da az deyil. Onları aşağıdakı kimi sıralayıb: 1. Sahib Həsənov- saxta diplom sahibidir. «Bu insan savadsız, davranışını, və danışığını bilməyənin birisidir, guya Rusiyada ali təhsil alıbdır, hansı ki, məktəbin harada yerləşdiyini bilmir». 2. Dairə Seçki Komisiyasının sədri Həmid Mehdiyev. «Bu adam eyni zamanda elmi tədqiqat müəsisənin direktorudur, ZOS-da işləyən aqronom Firdovsi isə eyni zamanda şirkətdə işləməklə yanaşı xəbər daşımaqlada məşğuldur». 3. Kəngərli icra nümayəndəsi Xamis Əsgərov və Tərtər rayon İcra Hakimiyyətinin iqtisadçısı Kamran Abbasov. «Hər ikisi xəstıliklə pensiya dövlət qulluğunda isləyənlərdilər. Kamran Abbasov eyni zamanda daima iş yerində içkili olur». 4. Rayonda kənardan gələnlərin də çox olduğu deyilir. «Tərtərin təhsil, maliyyə, səhiyyə şöbələrinin müdirləri kənardan gələndirlər. Səhiyyə idarəsinin müdiri Yaşar Hüseynov və maliyyə idarəsinin müdiri Zahid Təhməzov haqqında isə heç də yaxşı fikirlər səsləndirilmir». 5. Adları işdə olub özləri işləməyənlər: «Labaratoriya müdiri Rübabə adlı qadın, kanal idarəsi və bu idarənin işçilərinin 80 faizi». 6. Bacarıqsız kadrlar: «Onlardan biri İcra Hakimiyyətinə yeni işə qəbul edilmiş Elşən Bağırovdur. Bu insanin savadı olmasa da, kənd icra nümayəndəsi və bələdiyyə sədrləri ona xüsusi rütbə vermişdilər: “Tazı”. Çünki şöbə müdiri get deyəndə, qacaraq tutur».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər