Ağcabədinin icra başçısı vəzifəsindən gedə bilər
5-09-2013, 09:20
Oxunub: 6 666
Xeyli müddətdir ki, Ağcabədi rayonunda yerli əhalinin sosial problemlər ucundan üsyan həddinə çatdırılması barədə mətbuatda xeyli sayda informasiyalar yayılsa da, özünü kifayət qədər arxayın hiss edən Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun bütün bu yazılanlara hansısa formada reaksiyasının alınması KİV-lər üçün imkansız olub. İndi isə görüntüdə olan arxayınçılığın əsl nədənləri ilə bağlı olduqca ilginc məlumatlar ötürülüb.
Bilпili qaynaqlardan verilən xəbərlərdən belə aydın olur ki, əslində Şahin Məmmədovun özünü əmin hiss etməsi onun birbaşa olaraq hakimiyyətin populyar isimlərindən biri tərəfindən dəstəklənməsi faktı ilə əlaqədardır. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən seyid cəddinə arxayın olan kimi davranan Şahin Məmmədov hətta daha böyük mənsəblərə irəli çəkiləcəyinə belə ümidlidir.
Mənbənin söylədikləri: «Şahin Məmmədov kifayət qədər ciddi dayaqlara malik olduğundan hətta onun Prezident Administrasiyasına yüksək posta gətirilmə ehtimallarından da danışılır. Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, Ağcabədinin icra başçısı hətta bir ara PA-nın şöbə müdiri Əli Həsənovun yerinə də göz dikibmiş və indinin özündə də belə bir ambisiyasından vaz keçməyib».
Onu da bildirək ki, avqust ayının 29-unda prezident İlham Əliyev Ağcabədi rayonunda səfərdə olub. Səfər zamanı da maraqlı olaylar baş verib. Məlumatlı mənbə iddia edir ki, prezident icra başçısına görülən işlərdən heç də razı qalmadığını açıq şəkildə söyləyib və onun diqqətinə çatdırıb ki, bu şəkildə işləməklə yalnız özünə problem yarada bilər.
Hər halda, belə bir şəraitdə Şahin Məmmədovun hətta himayədarlarının müdafiəsi altında uzun müddətə vəzifə başında qalacağını təxmin etmək çox çətindir.dia.az
Qarşı tərəfi də dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər