Lənkərandakı qalmaqal böyüyür
4-09-2013, 15:30
Oxunub: 4 459
Nicat Ağayev: «Abbasova evdən qızıl və pulları oğurlayaraq, başqasına qoşularaq qaçıb»
Abbasovanın qohumları: «Bu adamlar böhtan atırlar, gəlin onların işgəncələrindən evi tərk etməli olub»
Ötən günlərdə Lənkəranda baş verən olayla bağlı yazdığımız yazıya reaksiya gəlib. Belə ki, «Lənkəran Məhkəməsi iki uşaq anasını necə «dəli» çıxardı?» başlıqlı yazıda vurğulanırdı ki, Abbasova (soyad şərtidir) familiyalı qadınla ərinin boşanması zamanı məhkəmə ədalətsiz qərar çıxarıb. Həmin qərara əsasən qadın «psixi xəstə» elan edilib, uşaqları isə alınaraq atasına verilib.
Həmin məlumatlarda o da qeyd olunurdu ki, bu prosesin reallaşması üçün Lənkəran İcra Hakimiyyətinin işçisi olan Emin adlı şəxs qəyyumluq haqqında arayışı qarşı tərəfə 1000 manata satıb. Lənkəran Məhkəməsi isə uşaqların anasından alınaraq, atasına verilməsi üçün 5000 manat aldığı iddia edilirdi.
Dünən JAM.AZ-a müraciət edən Nicat Ağayev adlı şəxs bildirir ki, yazılanların heç biri həqiqət deyil. «Mən 6 aylıq uşağını evdə qoyub, özünün təsdiqlədiyi kimi, hansısa kişiylə qaçan qadının qaynatasıyam. Bu qadın hələ qaçmamışdan əvvəl mənə məxsus evdən özünə və həyat yoldaşına məxsus qızıl və ziynət əşyalarının və 1000 manata qədər pulu mənimsəmişdir. Daha sonra isə qaçmağı planlaşdırıb».
Nicat Ağayev daha sonra vurğulayır ki, qadının kimə qoşulub qaçdığını bilmirlər. Amma hadisə mart ayında baş verib. «Bu hadisənin üzərindən 3 ay keçdikdən sonra o, Suraxanı rayonu ərazisində tapılıb və rayon prokurorluğuna gətirilib. Orada izahatında da yazıb ki, «Mən ailəm və qaynatamla qaynanam tərəfindən heç bir konfliktə girməmişəm və onlar mənə heç bir təzyiq göstərməyiblər. Sadəcə, mən bu həyatı seçdim və hamıdan imtina edirəm». Göründüyü kimi, bu qadın izahatında hər şeyi bildirib. Belə vicdansız və əqidəsiz adama hansı haqla dövlət uşaq versin?»
Özünü Abbasovanın qaynatası kimi təqdim edən şəxs daha sonra yazır ki, Lənkəran Məhkəməsində də işə ədalətli baxıblar. «Tərəflər və şahidlər dindirilib. Şahid qismində gələnlər təsdiq ediblər ki, o, analıq hüququnu yerinə yetirə bilmir, uşaqlarına laqeyd yanaşır, onları döyür və kobudluq edir. Məhkəmə heç bir qarşılıq güdmədən ədalət prinsipinə əsaslanaraq qərar çıxarıb».
Qeyd edək ki, bu ittihamlarla əlaqədar qarşı tərəflə də əlaqə saxladıq. Abbasovanın yaxınlarının JAM.AZ-a verdiyi məlumata görə, Nicat Ağayevin yazdıqları tamamilə əsassız və böhtandır. Onlar bildiriblər ki, Abbasovanın qaynatasının evindən itən pul və qızıl əşyalarının kim tərəfindən götürüldüyünü elə onların özləri də bilirlər. «Sadəcə, həmin məsələni ört-basdır etmək üçün belə bir şər atıblar. Bəli, evdən qızıllar və pullar mart ayında itib. Həmin hadisə də elə Abbasovanın qaynatasının evinin adamı edib».
Gəlinin yaxınları hətta bununla əlaqədar maraqlı bir məqamı da açıqlayıblar. Onlar deyirlər ki, Abbasovanı qızılların itməsindən sonra məcbur ediblər ki, yaxın qohumlarından birindən nisyə qızıl və ziynət əşyaları götürsün. «Abbasova da təzyiqlərə duruş gətirə bilməyərək bu addımı atıb. Lakin sonradan nisyə götürülmüş qızıllar da yoxa çıxdı. İndi bunlar bütün günahı ananın üzərinə yıxmaq üçün bütün şər və böhtanı atmaqdan çəkinmirlər».
Onlar daha sonra qeyd edirlər ki, Abbasova heç kimə qoşulub qaçmayıb. «Gəlin evdə baş verənlərə dözə bilməyib Bakıya getməli olub. Başına gələnlərdən bezdiyi üçün bu addımı atıb. O heç kimə qoşulub qaçmayıb. Deyilənlər tamamilə yalandır».
P.S. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər