BolgeXeber.Com » Bölgə » İcra başçısına qarşı cinayət işi açıla bilər

İcra başçısına qarşı cinayət işi açıla bilər

7-09-2013, 16:10
Oxunub: 11 257 Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimova qarşı cinayət işi açıla bilər

Bu şok məlumatı hökumət içindəki mənbələr dia.az-a ötürüb. Qaynaq iddia edir ki, bu günlərdə hüquq-mühafizə orqanları əməliyyat keçiriblər və bu əməliyyat zamanı Salyanın da icra başçısının adının hallandığı bir şəbəkənin izinə düşülüb.
Mənbənin söylədikləri: «Həmin qrup böyük partiya ilə narkotik keçiribmiş. Bu qrup çoxdan imiş ki, təqib altında imiş. Və aparılan araşdırma nəticəsində məlum olub ki, bu işdə Tahir Kərimova yaxın şəxslərdən biri əsas aparıcı fiqurdur».
Mənbəmizə görə, hələlik araşdırmalar başa çatdırılmayıb: «Amma istintaqı hər an icra başçısının əleyhinə yönələ bilməsi gözləniləndir».Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.