BolgeXeber.Com » Bölgə » Prezident yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib
Prezident yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib
9-09-2013, 16:45
Oxunub: 4 213
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib
Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 fevral tarixli Sərəncamı ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Layihənin ümumi dəyəri 9 milyon 600 min manatdır. Avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. İnşaat işləri “TECHNO-İNŞAAT” MMC tərəfindən həyata keçirilmişdir. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolun eni 10 metrdir ki, bunun 6 metrini asfalt örtüyü, 4 metrini isə tikilmiş çiyin hissələri əhatə edir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı inşaatçılarla görüşdü.
Prezident İlham ƏLİYEV: Salam, yaxşı iş görmüsünüz,
yol çəkmisiniz.
İnşaatçılar: Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ olun! Hələ çəkiləsi yollar çoxdur. İş də çox olacaqdır.
İnşaatçılar: Çox sağ olun!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər