Tovuzda küçə itləri sakinlərə hücum etdi - FOTO
21-05-2022, 11:48
Oxunub: 7 232
Tovuz rayonunun bir neçə kəndində sakinlər küçə itlərinin hücumuna məruz qalıb.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, rayonun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.
Təkcə bir gün ərzində 11 nəfər kənd sakini sahibsiz itlərin hücumuna məruz qalaraq xəstəxanalıq olub.
Həmin şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsi azyaşlıdır.
Zərərçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Lakin aralarında azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı xəsarətlərə görə orta ağır qiymətləndirilir.
Sakinlər bildirirlər ki, artıq rayonda aidiyyəti üzrə bütün strukturlara müraciət ediblər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər