BolgeXeber.Com » Bölgə » Yevlax təhsilində bazar prinsipləri- Biabırçılıq

Yevlax təhsilində bazar prinsipləri- Biabırçılıq

13-09-2013, 11:15
Oxunub: 5 450 Qışa hazırlıq təhsil şöbəsinin işinə yarayıb, Raquf Mirzəyev məktəb direktorlarından «odunpulu» yığır

Ötən günlərdə xəbər vermişdik ki, Yevlax rayonunda biabırçı vəziyyət yaşanır. Məlumata görə, rayon təhsil şöbəsinin müdiri Raquf Mirzəyev bütün orta məktəb direktorlarına tapşırıq verib ki, bu il dərsə gedəcək birinci sinif şagirdlərinin valideynləri ilə ümumi «dil» tapsınlar.
Məlumatdar vurğulanır ki, direktorlar da öz növbələrində validyenlərlə danışaraq, onların uşaqlarını daha yaxşı sinifə salacaqları və digər müxtəlif bəhanələrlə onlardan pul qopararaq, yığıb Raquf Mirzəyevə çatdırırlar. Amma problem təkcə bu deyil. Mirzəyev indidən məktəbli geyimindən tutmuş, güdləik və dəftər satışına qədər hər şeylə məşğul olmağa başlayıb. Üstəlik, direktorlardan əlavə pul yığmağa da start verib.
Qeyd edək ki, Yevlaxın təhsil şöbəsinin müdiri Raquf Mirzəyev həmçinin tədris dövrü başlamadan bazar açıb. Bu barədə Demokratiya.info-ya məlumat verən yerli sakinlərin bildirdiyinə görə, şöbə müdiri bütün direktorları başına yığaraq, sentyabrın 15-nə kimi onlardan pul çatdırmalarını istəyib.
Məlumatda vurğulanır ki, Mirzəyevin istədiyi məbləğ hər bir kənd məktəbi üçün ayrıdır. Belə ki, Yevlax şəhər məktəblərinin direktorları 3-5 min manat pul verməli olduqları halda, kəndlər üzrə bu məbləğ 1500-2000 manata qədər enib. Həmin müddətə qədər bu pul təhsil şöbəsinin müdirinə çatdırılmasa, həmin direktorun işdən çıxarılacağı reallaşacaq.
Onu da deyək ki, direktorlar bu tələbdən narazı düşüblər. Hətta bəzi kənd orta məktəblərinin direktorları Mirzəyevin hərəkətlərindən Təhsil Nazirliyinə şikayət etmək istəyirlər. Yaxın bir-iki gün ərzində bir qrup müəllim və direktorun bununla bağlı müraciətinin yayılacağı da vurğulanır.
Məlumatlarda o da vurğulanır ki, təhsil şöbəsinin müdiri məktəbli geyimi biznesinə də qoşulub. Məlumatda deyilir ki, təhsil şöbəsinin müdiri həmin geyimləri orta məktəblərə göndərtdirərək, onlardan bu geyimlərin satılmasını tələb edir. Hər bir məktəbli formasının üzərinə isə 10 manat əlavə pul qoyulur ki, bu da İbişovun qazancı deməkdir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc hazırıq.
Maraqlıdır ki, artıq Yevlax orta məktəblərində qış hazırlıq dövrü artıq start götürüb. Bununla əlaqədar olaraq təhsil ocalarının qış aylarında qızdırılması üçün odun tədarükünə başlanılıb. Təhsil şöbəsinin müdiri hər olduğu kimi bu ildə qışa hazırlığından “səmərəli” istifadə etməyə çalışır. Belə ki, bu məqsədlə dövlət büdcəsindən ayrılan pulları öz məqsədləri üçün istifadə etməyə başlayıb. Odun tədarükü isə məktəb direktorlarının boynuna qoyulub. Bunula bağlı Yevlax təhsil şöbəsinin müdiri Raquf Mirzəyev direktorların iclasını keçirib və qış hazırlığı ondan kömək gözləməməyi deyib. Ardından isə direktorlara tapşırıb ki, qısa müddətdə (sentyabrın14-dək) odun pullarını yığaraq ona təhvil versinlər