ATƏT nümayəndələri Ağdam RİH başçısı ilə görüşüblər
7-06-2011, 12:35
Oxunub: 7 593

Onlara ermənilərin atəşkəs rejimini intensiv pozmaları barədə məlumat verilib
Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilməsi planlaşdırılan monitorinqi Azərbaycan tərəfdən izləyəcək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas Ağdam Rayon İcra Hakimiyyətində (İH) olub, İH başçısı Nizami Sadıqovla görüşüblər.
APA-nın Qarabağ bürosunun məlumatına görə, görüşdən sonra ATƏT nümayəndələri mətbuata heç bir açıqlama verməyiblər. Nizami Sadıqov isə jurnalistlərə açıqlamasında deyib ki, ATƏT nümayəndələrinə ermənilərin son vaxtlar atəşkəs rejimini intensiv şəkildə pozmaları, bunun nəticəsində bir mülki şəxsin, bir hərbçinin həlak olması, bir neçə hərbçinin isə yaralanması barədə məlumat verilib.
ATƏT nümayəndələri daha sonra monitorinq keçirilən əraziyə - Ağdamın işğal altında olan Qərvənd kəndi istiqamətinə yola düşüblər.
Qeyd edək ki, monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər