Siyəzən sakini icra başçısından şikayətlənir
20-09-2013, 09:20
Oxunub: 4 882
“Siyəzəndə özbaşınalıqlar artıb”
Rayon sakini icra başçısından, sosial müavinət alması üçün ondan rüşvət istənilməsindən şikayətlənir
“Siyəzən rayonunda 11 saylı Yaşıllaşdırma İdarəsində gözətçi işləyirdim. Daha sonra məni icra başçısı Arif Qasımovun köməkçisi Taryer Tahorovun göstərişi ilə heç bir səbəb olmadan işdən çıxardılar. Məndən çörək gözləyən iki azyaşlı övladım var. Özüm də ikinci qrup əliləm, ağır iş görmək imkanım yoxdur”.
Bu sözləri Siyəzən rayon sakini Cərulla Məmmədov redaksiyamıza gələrək deyib. Şikayətçi işinə bərpa olunmasını tələb edir: “Arif Qasımov Siyəzənə başçı təyin olunan gündən rayonda özbaşınalıq daha da artıb. Bunun göstəricilərindən biri icra başçısının həmyerlisi və yardımçısı Taryer Tahirovun göstərişi ilə 15 aprel 2013-cü ildə işdən azad olunmağımdır. Mənim iş zamanı heç bir səhvim olmayıb. İşdən çıxararkən müqaviləmin bitməsini bəhanə gətirdilər. İki dəfə 3 aylıq müqavilə bağlayaraq işləmişəm. Məni işdən göstəriş əsasında çıxardıblar. Fevral ayında idarəmiz yol qırağında ağaclar əkirdi. Ağayev Sənan mənim müdirimdir. O mənə bildirdi ki, səhər saat 8-dən axşamadək işləyəcəyəm, istirahət günümdə olmayacaq. Mən də bunu qəbul etmədim. Dedim ki, mən dövlətin qanununa uyğun saatlarda işləyəcəyəm, 1 gündə istirahətim olacaq. Bu zaman mənə ”onda işdən çıx" dedi. Halbuki mən müqaviləni imzalayanda orada bu cür şərtlər yox idi. Məni işdən çıxartdıqları üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etsəm də, iş onların xeyrinə oldu".
Şikayətçi rayonda Əmək və Əhalinin Sosial Müdafiə idarəsinin ondan rüşvət istədiyini iddia edir: “İyul ayında nə sənədlər lazımdırsa, düzəldib apardım ki, sosial yardım alım. Mən 2011-2012-ci illərdə sosial yardım almışam. Siyəzən Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsinin müdiri Kamilə Yusifova və bölmə müdiri Rəşad Ağayev alacağım məbləğin yarısını onlara verəcəyim təqdirdə mənə yardım ayıra biləcəklərini dedilər. Mən isə onlarla razılaşmadım və bundan əvvəlki illərdə necə yardım ayırmışdılarsa, yenə o şəkildə yardım ayırmalarını tələb etdim. Bu vaxt Kəmalə xanım mənə nazir Füzuli Ələkbərovun adam başına 30 manatdan artıq olmamaq şərti ilə yardım ayrılmaması haqqında sərəncamının olduğunu dedi. Həmin sərəncamı mənə göstərməyi tələb etdikdə isə o, ”get hara şikayət edirsən, et" deyərək məni otaqdan qovdu. Bu haqda dəfələrlə prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Ancaq bir nəticəsi olmayıb. Korrupsiya ilə mübarizə idarəsinin qaynar xəttinə zəng edib şikayətimi bildirdikdə, işi aparan Rəşad adlı prokuror məsələni araşdıracağını desə də, bir nəticə yoxdur. Rəşad müəllimə zəng edib “şikayətimə niyə baxmırsınız” dedikdə hər dəfə bir bəhanə gətirərək məni başdan edir. Yusifova Kamilə isə məni məhkəməyə verib. Etdiyim şikayətlərə görə Arif Qasımov məndən hər yolla intiqam almaq istəyir".
Məsələ ilə bağlı ittihamlarda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Günel Manaflı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər