BolgeXeber.Com » Bölgə » Beyləqanın icra başçısı Vaqif Abdullayev Bakıya çağrılıb

Beyləqanın icra başçısı Vaqif Abdullayev Bakıya çağrılıb

21-09-2013, 14:20
Oxunub: 5 508 Son zamanlar Beyləqandan eşidilən etiraz səsləri belə deməyə əsas verir ki, rayonda məmur özbaşınalığı ən son həddə çatıb. Sosial-iqtisadi inkişafdan söhbət belə gedə bilməz. Beyləqanda narazıçılığın artması Vaqif Abdullayevin vəzifəsindən kənarlaşdırılacağından xəbər verir.Son saatlarda aldığımız məlumata görə artıq Vaqif Abdullayev Bakıya çağrılıb.Mənbə bildirir ki,çox güman ki, ki,bu onun vəzifədən alınacağı ilə bağlıdır. Qeyd edək ki, icra başçısına bundan əvvəl də dəfələrlə tapşırılıb ki, rayonda fəaliyyət göstərən sahibkarlara və vətəndaşlara qarşı artıq hərəkətlər etməsin. Belə işlərə bir də yol verərsə, vəzifədən çıxarılacaq. Lakin bu xəbərdarlıqdan sonra rayona qayıdan başçı əhaliyə qarşı bir az da aqressivləşib.