Sabirabadın icra başçısının yeni oyunu
23-09-2013, 09:20
Oxunub: 5 026
Bolgexeber.com-a Sabirabad sakinlərindən verilən məlumata görə rayonun Ağamədli,Ələmbəyli və Qaragüney kəndlərində naməlum tikinti şirkəti vətəndaşlardan ev tikmək adı ilə 1000 manatdan pul yığaraq onları aldatmışdırlar.Belə ki, bir müddət əvvəl bu kəndlərdə peyda olan adamlar söz veriblər ki, kənd sakinləri üçün evlər tikəcəklər və bu məqsədlə onlardan 1000-2000 manat pul yığıblar,evləri 3-4 daş qaldırandan sonra isə işləri yarımçıq qoyub aradan çıxıblar.Aldadılan kənd sakinləri kəndin icra nümayəndəsinə bu baradə şikayət edəndə o məsələ ilə bağlı icra başçısına məlumat verdiyini bildirib. Məsələ ilə bağlı Bolgexeber.com icra nümayəndəsilə əlaqə saxlamışdır. İcra nümayəndəsi bizə açıqlamasında bildirmişdir ki,onun tikintini kimlərin aparmasından xəbəri yoxdur və onları tanımır. Maraqlıdır, necə ola bilər ki, rayon ərazisində gedən tikintidən icra başçısının xəbəri olmasın.?! Görünür ki, həmin tikinti şirkətinin adamları bu işi icra başçısı ilə əlbir edib.Vətəndaşlar birinci elə biliblər ki, tikintini Fövqəladə Hallar Nazirliyi aparır. Ancaq sonra məlum olub ki, FHN-nin bu tikintilə heç bir əlaqəsi yoxdur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər