Şirvan şəhərində ər arvadının başını kəsib
8-06-2011, 17:45
Oxunub: 7 057

Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
BölgəXəbər-in Aran bürosunun məlumatına əsasən bu gün 18:00 radələrində Yardımlı rayon sakini, hal hazırda Qobustan rayonunda yaşayan Haqverdiyev Xəlil Əlisahib oğlu Şirvan şəhəri S.Vurğun küçəsi bina 8, mənzil 20 də qaynanasına məxsus evdə həyat yoldaşı Əmrahova Xəyalə Fərzəli qızının başını bıçaqla kəsib. Xəsarət alanın anası Rahilə Tağıyevanın sözlərinə görə qızı əri tərəfindən mütəmadi olraq döyüldüyündən qaçıb anasının evinə gəlib. X.Haqverdiyev bu gün onların mənzilinə gələrək yoldaşına hücum çəkib və corabında gizlətdiyi bıçaqla boğazını kəsib. Xoşbəxtlikdən zərbə Xəyalə Əmrahovanın həyatı üçün ciddi təhlükə yaratmayıb. Belə ki, yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Cərrah həkim Mikayıl Qocayevın sözlərinə görə, xəstənin ümumi vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsının əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Amma hadisə yerinə nədənsə Şirvan şəhər prokuroru və Polis şöbəsinin rəisi gəlməyib. Ən ağrılı məqam isə cani hadisəni 3 yaşlı oğlunun gözü qarşısında törətdikdən sonra uşağı özü ilə götürüb qaçıb.
Peyman Sadıqov
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər