Sabirabadda məktəbin direktorunun ailə biznesi və ya özəl məktəbi
24-09-2013, 11:40
Oxunub: 5 710
Direktorun 21 illik fərsiz rəhbərliyi
Sabirabad rayonunda yerləşən Z.Nacıyev adına Sabirabad şəhər 7 saylı məktəbin direktoru Əlifağa Fərəcov haqda yeni faktar əldə etmişik. Ötən dəfə qeyd etmişdik ki, Əlifağa Fərəcov 1992-ci ilin sentyabrında Xalq Cəbhəsinin aktivi kimi bu vəzifəyə təyin edilib.1993-cü ildə isə Cəbhəni Müsavat partiyasına dəyişən Ə.Fərəcov 2003-cü ilə qədər Musavatçı kimi fəaliyyət göstərmiş və bu ildən Müsavatı YAP-a dəyişmişdir. Direktor olduğu bu 21 –il ərzində yarıtmaz təşkilatçı,fərsiz direktor kimi tanınsada hansısa gözə görünməz qüvvə daimi onu müdafiə etmişdi.onun 21 illik direktorluğu ərzində məktəbi bitirmiş 21 məzun Ali məktəbə daxil ola bilməmişdir. Məktəbdə direktor kimi fəaliyyətə başlayanda məktəbdə şagirdlərin sayı 450-dən çox olsada,hazırda bu rəqəm heç 150-də deyil. Məktəbdə həqiqi davamiyyət heç 20% deyildir.Bu 20%-də ibtidai siniflərin hesabınadır.
Rayondakı mənbənin dediyinə görə, direktor bütün əndazələri aşaraq qızını və qardaşı oğlunu, habelə digər qohumlarını başına yığaraq onları ştata keçirib. Maraqlıdır ki, bu ştata keçirilənlərin heç biri, eləcə də son 4 ildə işə qəbul etdiklərinin heç biri nazirliyin imtahanından keçməyib. Bundan əlavə məktəbdə fənn bölgüsündə də elə problemlər var ki, sonucda bu məktəbdən qəbul imtahanı verib ali məktəblərə daxil olmağa imkan vermir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər