Oqtay Şirəliyev Qazax səhiyyəsinə niyə bata bilmir?
25-09-2013, 14:00
Oxunub: 5 597
Qazax səhiyyəsini rüşvət bazarına çevirən və özü üçün cah-cəlal quran, məşhur falçı İmamirənin qardaşı Arzu doktorun oğlu İngiltərədə oxuyur, Qazaxda bir, Bakıda isə üç villası var
Qazaxda hər bir sahədə olduğu kimi, səhiyyə sahəsində də böyük problrmlər var. Belə olmasaydı Qazax və ətraf rayonların camaatı dövlətin milyonlar sərf edib son dərəcə müasir standartlara uyğun inşa etdiyi Diaqnostika mərkəzinə üz tutardılar, daha axın- axın üzü Gürcüstana müalicəyə getməzdilər. Hansı ki, Gürcüstan xəstəxanalarında heç Qazaxda olan müasir tipli tibbi avadanlıqlar yoxdur.
Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, buna səbəb xəstəxanalardakı rüşvət amilidir. Bütün bunlar bir yana, indi Qazax səhiyyəsi daha acınacaqlı vəziyyətdədir. 80-ci illərin ortalarında tikilib istifadəyə verilmiş Qazax mərkəzi xəstəxanası birdən- birə guya istismar müddəti bitmişdir deyə sökülüb yerlə yeksan edildi. Amma bu söküntüdən cəmi iki ay əvvəl xəstəxaan təmir olunmuş və təmirə də külli miqdarda vəsait ayrılmışdı. Xəstəxanada müasir tipli atapileniya sistemi qurulmuşdu. Di gəl ki, birdən-birə xəstəxana istifdəyə “yararsız” oldu. Və sökasök başladı. Beş mərtəbəli xəstəxana binası özülünə qədər söküldü. Xəstəxananın istifadəsində olan son dərəcə bahalı aparatların taleyindənsə xəbər tutan olmadı. Eyni zamanda xəstəxanadakı xeyli sayda divan, kreslo, şkaf, çarpayı və digər bu kimi aksesuarların da taleyi qaranlıq qaldı. Xəstəxana binasının kubik daşları biri 50 qəpikdən satıldı. Mindən artıq beton pilətə 70 manatdan satıldı. Amma bu satışdan dövlət büdcəsinə bir qəpik də daxil olmadı.
Hələ Mərkəzi xəstəxana sökülməmişdən xeyli əvvəl diş polikilinikası kimlərəsə satıldı və diş həkimləri pərən-pərən düşdü. Indi isə Qazax səhiyyəsində çox gülünc vəziyyət yaranıb. Rayondakı doğum evində terapevtlərə, diş həkimlərinə, böyrək həkimlərinə də rast gəlmək olar. Onların da doğum evində öz şöbələri var.
Bəs Arzu doktorun arxasında kim durur. Bilənlər bilir, bilməyənlər də bilsin ki, Arzu doktor məhşur falçı Mamirənin qardaşıdır. Əslində indi İmamirə kimi tanınan Mamirənin qeyri adi “gücündən” qorxaraq Arzu doktora dəyib toxunmurlar. İmamirənin görücülüyünü hətta Heydər Əliyev də təsdiq etmişdir. Və bundan sonra Qazaxda İmamirənin yaxın qohumlarına gözün üstə qaşın var deyən olmamışdır.
Belə ki, Heydər Əliyevin təzədən hakimiyyətə gələcəyini vaxtilə Mamirə necə olmuşsa onun özünə demişdi və bu qayıdış baş verəndən sonra Heydər Əliyev Mamirəyə xüsusi qayğı göstərmişdi. Bu fürsətdən istifadə edən Mamirə isə, tezbazar Qazaxda özünə bir pir yaratmışdı ki, hal-hazırda da Qazaxın Çayqırağı ərazisində bu pir çox məhşurdur. Bu pirdən Misir Mərdanov, Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Qənirə Paşayeva və daha bu kimi məhşur isimlər “faydalanmışlar”. Əslində isə əksərən pirə yığılan pulları Mamirənin Dilənçi adlı qardaşı yığıb arağa xərcləyir.
Mamirə isə iddia edir ki anası Balaxanımın ruhu ona keçib. Amma istər islam, istər də xristianlıq, istər də iudizm kimi dinlər ruhun bir bədəndən digərinə keçməsini rədd edir. Yalnız Hind- Çin məhşəli dinlərdə ruhun bir bədəndən digərinə keçməsinə inananlar vardır. Qəribədir, Mamirə buddistdir, ya Bhavaqat-qitaya səcdə edir? Bəs onda İmamirə adı hardandır? Yəqin ki bunu Mamirədən daha çox onun pirinə təşrif gətirən məhşurlardan sormaq lazımdır. Onu da qeyd edək ki, rəhmətlik Balaxanım arvad Qazaxda daha çox Qaqarin Balaxanım adı ilə tanınmışdır. Rəhmətlik özünü Qaqarinə oxşatamq istəmişdir.
Bütün bunlar bir yana. Arzu doktor məhz qaragüruhun qorxusundan bəhrələnərək öz hakimiyyətini sürdürür və krallar kimi yaşayır. Indi onun oğlu İngiltərədə oxuyur, Qazaxda bir, Bakıda isə üç villası var. Heç Qaqarinin bir belə pulu yox idi.
Bəlkə də Arzu doktor heç Oqtay Şirəliyevə də hesab vermir. Çünki Oqtay müəllimin də Balaxanım arvadın ruhuna səcdə etdiyi ehtimal olunur. Yoxsa Arzu doktoru ən azı bu söküntüdən əvvəli təmirə görə cəzalandırardı.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər