Gəncədə məmur hansı yollarla varidatını artırmağa nail olub?
26-09-2013, 10:40
Oxunub: 5 742
Gəncə Telekommunikasiya İdarəsinin rəisi vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf edir
Ötən saylarımızın birində hazırda Gəncə rabitəsində bir sıra neqativ halların, nöqsanların yaşandığını və bütün bunların başında Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynovun dayandığını qeyd etmişdik. Ümumiyyətlə, son günlər Gəncə Telekommunikasiya İdarəsi və onun rəisilə bağlı redaksiyamıza müxtəlif məzmunlu məlumatlar daxil olmaqdadır.
Belə ki, Əli Hüseynovun bir neçə ticarət obyekti, dükan və mağazasının olduğunu qeyd edən mənbənin iddiasına görə, o, qısa müddət ərzində özünə böyük biznes şəbəkəsi qurmağa müvəffəq olub. Hacıkənddə yerləşən nəhəng villalardan və istirahət mərkəzlərindən birinin məhz Gəncə Telekommunikasiya İdarəsinin rəisinə məxsus olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Əli Hüseynov hətta zərərli sahədə çalışan işçilərin süd puluna da göz dikir: «Bununla yanaşı, Gəncə şəhərində tikilən və quraşdırılan telefon stansiyaları, eləcə də digər rabitə obyektlərinin smetasından ayrılan pullar təyinatı üzrə sənədləşdirilmir. Yəni smetada nəzərdə tutulan vəsait görülən işin müqabilindən bir neçə dəfə çoxdur. Lakin sənədləşdirmə elə aparılır ki, guya ayrılan vəsait qəpiyinə kimi işin görülməsinə sərf olunub. Əgər bu və bu kimi digər məsələlər ciddi şəkildə araşdırılsa, o zaman ortaya daha təsirli faktlar çıxa bilər. Onda bəlli olacaq ki, Əli Hüseynov Gəncə Telekommunikasiya İdarəsinin vasitəsilə dövlətdən mənimsədiyi pullar hesabına şəxsi varidatını artırmağa müvəffəq olub». Məlumatlı şəxsin sözlərinə görə, Əli Hüseynovun Gəncədə böyük restoranı var və onun yanında artıq nəhəng bir çay evi də tikilməkdədir: «Gəncə Telekommunikasiya İdarəsinin rəisi restoranı şəhər sakinlərindən birinə icarəyə verib. Əli Hüseynov tikilməkdə olan çay evini də icarəyə vermək fikrindədir. Bütün bunlar onu deməyə əsas verir ki, Əli Hüseynovun şəxsi biznes fəaliyyəti onun dövlət qulluğundan irəli gələn vəzifə borclarının icrası ilə barışmaz ziddiyyətlər yaradır. Belə ki, əldə etdiyim bilgilərdə onun ölkənin şimal-qərb rayonlarından birində kərpic istehsalı zavoduna malik olduğu deyilir. Təbii ki, tək elə bu obyektin idarə olunması öz sahibindən potensialının böyük bir hissəsinin səfərbər olmasını tələb edir. Deməli, belə çıxır ki, Əli Hüseynov vaxtının böyük bir hissəsini vəzifəsinin icrasına deyil, məhz biznesinin inkişafına sərf edir».
Son zamanlar Gəncədə telefon danışıq haqlarının qanunsuz artırılması ilə bağlı problemlərin yaşandığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, hətta bəzi abonentlərdən zəng etmədikləri ünvanlara zənglə bağlı telefon haqqı da alınır: «Abonentlərin bir qismi bir müddət əvvəl beynəlxalq çıxış trafiki olan «0» kodunu bağlatdırsalar da, Gəncə Telekommunikasiya İdarəsinin əməkdaşları onları bu kodu açdırmağa məcbur edirlər. Belə ki, Əli Hüseynovun tabeçiliyində çalışan şəxslər iddia edirlər ki, guya bu barədə tapşırıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən gəlib. Bütün bunlar isə abonentlərin ciddi narazılığına və narahatlığına səbəb olub. Çünki heç kimin abonenti onun istəmədiyi servisdən və ya xidmətdən istifadəyə məcbur etməyə ixtiyarı yoxdur. Ümid edirik ki, Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynov da nəhayət, bunu başa düşər».
gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər