BolgeXeber.Com » Bölgə » Neftçala sakinləri icra hakimiyyətinin binası qarşısında nəyə etiraz etdi?-Fotolar

Neftçala sakinləri icra hakimiyyətinin binası qarşısında nəyə etiraz etdi?-Fotolar

27-09-2013, 13:35
Oxunub: 5 328 "Qızım üçün elçi gəlirlər,deyirəm hara gəlsin ,bu cür şəraiti olan evə?!"

Bolxexeber.com-un aldığı məlumata görə bu gün səhər saatlarında Netçalada 50-yə yaxın sakin, şikayətlərinə yerli məmurlar tərəfindən məhəl qoyulmadığından Neftçala Rayon icra hakimiyyətinin qabağına yığışaraq öz tələblərini səsləndirmişdilər. Onların əsas şikayətləri rayonda baş verən məmur özbaşnalığı,evləri uçan,bərbad vəziyyətdə olan sakinlərə icra hakimiyyəti tərəfindən heç bir köməklik göstərilməməsi,ümumiyyətlə yerli orqanların onların problemləri ilə maraqlanmaması olub.Şikayətçi edən rayon sakinlərinin qabağına çıxan Neftçala RİH-nin başçısı İsmayıl Vəliyevin müavini Dilavər müəllim onları sakitləşdirərək inandırmağa çalışmış ,vəd vermişdir ki,qaldırılan problemlər nəzarətə götürüləcək və onlar yaxın zamanlarda öz həllini tapacaq.
Şikayətçilər arasında bir neçə qadın hətta əgər onların problemləri həll olunmazsa övladlarını əsgərliyə göndərməyəcəklərini bildirdi.Məsələn,şikayəçilərdən biri,yaşlı qadın olan Neftçala payon sakini əməkdaşımıza bildirdi ki,onun oğlu əsgərlikdədir,ayağı yara edib,onun imkanı yoxdur ki, əziyyət,çəkən oğluna çəkmə alsın.Bundan başqa özü tək 3 oğlan və 1 qız övladı böyüdən ana dedi ki,onun evi çox bərbad vəziyyətdədir.Ümumiyyətlə yaşadığı yerə ev də demək mümkün deyil.Çünki onun yaşadığı yer uçuq –sökük ,kənarları,üstü göy çadırla örtülən yerdir.
”Dəfələrlə icra hakimiyyətinə evinin təmir edilməsi üçün müraciət etsəm də heç bir faydası olmayıb.Hətta icra hakimiyyətindən mənə deyiblər ki,cəhənnəm ol get burdan. Qızım üçün elçi gəlirlər,deyirəm hara gəlsin ,bu cür şəraiti olan evə?!Bu gün isə icra hakimiyyətnin işçilərindən biri, icranın binasının qabağında şikayət etdiyimə görə məni şillə vurdu.Belə haqsızlıq,özbaşnalı olar?”-həmin Neftçala sakini bildirdi.
Əməkdaşlarımzın hadisə yerindən çəkdiyi şəkilləri oxuculara təqdim edirik.
Bolxexeber.com