BolgeXeber.Com » Bölgə » Ombudsman Elmira Süleymanova Horadizdə ictimai dinləmə keçirib-Foto

Ombudsman Elmira Süleymanova Horadizdə ictimai dinləmə keçirib-Foto

28-09-2013, 21:30
Oxunub: 5 291 Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ictimai dinləmənin əhəmiyyətini vurğulayıb
Bolgexeber.com bildirir ki,bu gün Horadiz şəhər Mədəniyyət Sarayında Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Mərkəzi Seçki Komissiyası birlikdə seçki hüquqları ilə bağlı ictimai dinləmə keçirmişdir.
İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının, habelə ictimaiyyətin, yerli QHT-lər və KİV nümayəndələri, qadınlar, müəllimlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. O, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Füzulidə abadlıq-quruculuq işlərinin aparıldığını, habelə sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. İcra başçısı həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və MFP-nin əhəmiyyətini qeyd edərək, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təminatı və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib, MFP üzrə müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləyərək, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönələn tədbirlər haqqında danışıb.
Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək bildirib ki, «Milli Fəaliyyət Proqramı» insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.
E.Süleymanova respublikamızda insan hüquqları sahəsində ilk proqramın- “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini və ölkəmizdə müvafiq sahədə önəmli rol oynadığını, o cümlədən prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Milli Fəaliyyət Proqramı»nın 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər müəyyən etdiyini bildirib.
Daha sonra Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İlham Yusifov çıxış edərək çıxış edərək 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edərək, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləyib.
Müzakirələrdə rayon hakimi, prokuroru, polis rəisi, müəllimlər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət barədə məlumat veriblər.
Tədbirin sonunda Milli Fəaliyyət Proqramının nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər iştirakçılara təqdim olunub.