Siyəzən sakinləri sanki Stalin dönəmini yaşayır
30-09-2013, 11:00
Oxunub: 4 679
37-ci illərin ab-havası: narazılar şikayətlərini çatdıra bilmir
Redaksiyamıza müraciət edən Siyəzən rayon sakinləri icra başçısı Arif Qasımovun rayonda rəsmən «bespredel» yaratmasından şikayətlənirlər. Xatırladaq ki, bir neçə gün əvvəl ikinci qrup əlil Cəbulla Məmmədovun şikayət məktubunu dərc etmişdik və şikayətçi icra başçısının onu ölümlə təhdid etdiyini iddia edirdi. Bu və digər bu kimi faktlar, həmçinin əldə etdiyimiz son məlumat Siyəzəndə 37-ci illərin ab-havasının hökm sürməsindən xəbər verir.
Narazı vətəndaşların DİA.AZ-a yolladığı məktubda bildirilir ki, Arif Qasımov ondan «yuxarılara» şikayət edənləri gözümçıxdıya salıb:
«İcra başçısı yerli poçtamta, həmçinin rayondakı bütün internet klub sahiblərinə xüsusi olaraq tapşırıq verib ki, ondan və ümumiyyətlə rayonda baş verən hər hansı hadisədən şikayət xarakterli müraciət və məktubların paytaxta, xüsusən də mətbuata göndərilməsinin qarşısı alınsın. Ona görə də siyəzənlilər dərdlərini ölkə rəhbərliyinə çatdırılma imkanlarından məhrum olublar».
Sakinlər bildirir ki, buna görə də narazı olanların tək yolu Bakıya gələn həmyerlilərinin xidmətlərindən istifadə etsinlər: «Bu da problem yaradıb. Keçən həftə başçının adamları yerli sakinlərdən birini sorğu-suala tutublar. Şübhələniblər ki, rayonla bağlı şikayətləri məhz həmin adam Bakıya çatdırır».
Hər halda, bütün bunlar Arif Qasımovun çox böyük təhlükə içində olmasından xəbər verir. Əgər belə deyilsə, nədən icra başçısı şikayətlərin paytaxta çatdırılmasından bu qədər narahatdır?
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər