Sabirabadda icra başçısının müavini Həsən Həsənovun özbaşınalığı
1-10-2013, 00:25
Oxunub: 8 357
Sabirabad rayonundan redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazırlar ki, rayonda rəsmən özbaşınalıqdır. Sakinlər bildirir: «Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bu gün Müdafiə Fonduna yardım edilməsi işini əməlli-başlı biznesinə çevirib. Bu həm dövlətə və həm də millətə xəyanətdir. Gərək necə insan olasan ki, ordu üçün, dövlətimizin müdafiəsi üçün yığılan pullarla bu cür rəftar edəsən».
Sakinlərin yazdıqlarına görə, rayonda bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqılarından 1-5 faiz arasında məbləğ Müdafiə Fonduna görə tutulur: «Biz bundan narahat deyilik. Amma yardım etmək könüllülük işidir. Bu, könüllü şəkildə həyata keçirilməlidir. Lakin pultutma məcburidir ki, bu da şübhələri artırır.
Şübhələri artıran bir məqam da həmin pulların müqabilində kiməsə qəbzin verilməməsidir. Bu işə isə Həsən Həsənov rəhbərlik edir. O, bununla özünə əməlli-başlı sərvət də toplayıb. Öüzünüz təsəvvür edin, Sabirabad kimi rayonun bütün büdcə təşkilatı çalışanlarının əməkhaqqılarının 1-5 faizi arasındakı məbləğ Həsən Həsənova hansı imkanları qazandırır?»
Maraqlıdır ki, Həsən Həsənovun bununla bağlı etirazlara cavab olaraq «bu, xüsusi tapşırıqdır» dediyi də söylənilir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər