Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
4-02-2023, 16:04
Oxunub: 1 144
Qubada Heydər Əliyev Mərkəzində Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə tədbiri Quba Rayon Polis Şöbəsi təşkil edib.
Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra isə vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, mərkəzin rəhbərliyi, təhsil şöbəsinin nümayəndələri, polis əməkdaşları, müəllimlər və 11-ci sinif şagirdlər iştirak ediblər.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.
Polis Polkovniki M.Əliyev ali
təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, ölkəmizin qocaman təhsil müəssisəsinin savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.
Sonda abituriyentlərin sualları cavablandırılıb.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər