İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
4-02-2023, 17:04
Oxunub: 4 056
İsmayıllıda son bir ayda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri- Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər