BolgeXeber.Com » Bölgə » "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
"Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
4-02-2023, 18:27
Oxunub: 6 280
Son günlərdə təhsil məsələlərinin gündəmdə oldu bir vaxtda, təhsilimizdə baş verən böhranlı vəziyyətlər aşkara çıxır və çözüm yolları barədə düşünülür. Bu, xüsusən də məktəb və təhsil rəhbərlərinin qıcığına səbəb olursa da, özlüyündə müsbət haldır, çünki problemlər ortaya çıxmasa, zatən "konservləşəcək" və həlli mümkün olmayacaq.
Ölkədə təhsil baxımından cənub bölgəsindəki durum, statistiki göstəricilər bəllidir. Xüsusən də, son zamanlarda mediada sıx hallanan Astara rayonunun təhsilindəki böhranlı məqamlar diqqət mərkəzindədir. Bu başıbəlalı rayonda, indiyəqədər hər yeni gələn təhsil müdiri, əvvəlkinə "rəhmət oxutdurub". Lakin, 2022-ci ildə həyata keçən ümumi struktur dəyişikliyindən və regionalların yaranmasından sonra, islahatlara doğru bir ümid və zəmin yarandı. Lənkəran-Astara Regional İdarəsi şəklində formalaşan qurumun rəhbəri Elxan Nəcəf, alim kimliyi ilə müsbət təəssürat yaratsa da, zaman keçdikcə ciddi problemlər ortaya çıxdı. Köhnədən qalan bir çox anormal qaydaların, xüsusən də tanışlıq və rüşvətlə bağlı məqamların ifşa olunması, cənab Nəcəfovla bağlı beyinlərdə suallara səbəb olmağa başladı.
Bu konteksdə, Astara rayonunda artıq "ilan hekayəsinə" çevrilən "Burzubənd böhranı" diqqəti cəlb edir. Burzubənd məktəbinin direktoru Turan Rəfiyevin, uzun illərdən bəri etdiyi "qələtlər", təkcə məktəbin müəllimlərini deyil, astaralıları "cin atına mindirib". Maraqlıdır ki, onunla bağlı bütün özbaşınalıqlar, cinayət tərkibli əməllər, birbaşa Astara İcra Hakimiyyəti tərəfindən etiraf olunsa da, Rəfiyev "toxunulmaz" kimi hələ də azadlıqdadır və hətta, direktorluğa davam edir. Və bu mafioz direktora dəfələrlə rəsmi şiddətli töhmətlər, son xəbərdarlıqlar edilsə də, bu son xəbərdarlıqların sonu, heç vaxt gəlmir! Nonses olan bu durumda, təbii ki, başda, İcra hakimi Qəzənfər Ağayev olmaqla, rayonun hüquq-mühafizə sistemi cavabdehdir.
Artıq rayonda hər kəs bilir ki, ortada pul və tanışlıq məsələsi var və hətta, bundan da betər iyrənc elementlər var ki, əlimizdə konkret sübut olmadığı üçün onlara toxunmuruq.
Daha əcaibi isə budur ki, alim və ziyalı kimliyi ilə müəyyən ümidlər yaradan yeni müdir Elxan Nəcəfov Burzubənd böhranında şübhəli bir susqunluq içindədir. Burzubənd məktəbi, demək olar ki, Turan Rəfiyevin şəxsi şirkətinə çevrildiyi halda, geniş səlahiyyətlərə sahib Regional Müdir, məsələyə əl atmaqdan yayınır. Məktəbdə baş verənlərlə bağlı müəllimlərin müraciətlərini öncə müsbət cavablayan və Turan Rəfiyevin işdən çıxarılmalı olduğunu təsdiq edən Elxan Nəcəfov, nədənsə bir neçə gün sonra 180 dərəcə mövqe dəyişdirərək, mafioz direktoru "qorumaq" yolunu tutdu...
Lakin, deyəsən artıq qaranlığın sonu gəlir! Mövzunu gündəmə gətirən, məşhur və lənkəranlı jurnalist Aydın Canıyev bu "kirli" oyunu pozmuş oldu! Artıq bundan sonra Təhsil rəhbərliyi "bilmirdik", "xəbərimiz olmayıb" arqumentini itirmiş olacaq.
Tanınmış jurnalistin, konkret sənəd və sübutlarla ortaya qoyduğu arqumentlər qarşısında artıq bəhanə limiti tükənmiş oldu. Necə deyərlər, Elxan Nəcəfov artıq qəti qərarını verməlidir; ya susub, Təhsil müdiri sifətini faktiki itirəcək ya da yaramaz direktoru "qurban verib", böhranı həll edəcək!
"Gənc Alimlər" təşkilatı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər