BolgeXeber.Com » Bölgə » Qubada nəzarət-profilaktiki tədbir zamanı sərxoş sürücülər aşkarlanıb

Qubada nəzarət-profilaktiki tədbir zamanı sərxoş sürücülər aşkarlanıb

6-02-2023, 10:33
Oxunub: 1 632

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına  yol verən sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi. Ümumilikdə  112 sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı tədbir  zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və  həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına  yol verən sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçiriblər.