İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
6-02-2023, 10:44
Oxunub: 3 096
Bolgexeber.com xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidi, həmin təhsil müəssisəsində müəllim işləmiş Famil Əhmədzadənin xatirəsinə hazırlanmış guşəni ziyarət edib, onun məktəbdə çalışdığı zamanlarda hazırladığı tarix muzeyinə baxış keçiriblər. Qeyd olunub ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq
Daha sonra mövzu ətrafında çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlərdən danışıb, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Ş.Kazımov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sonda polis əməkdaşları məktəblilərin suallarını cavablandırıb və onlara asudə vaxtlarında səmərəli işlərlə məşğul olmalarını tövsiyə ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər