BolgeXeber.Com » Bölgə » Horadizdə prokurorluq orqanlarının 95 illiyi münasibəti ilə tədbir keçirildi
Horadizdə prokurorluq orqanlarının 95 illiyi münasibəti ilə tədbir keçirildi
1-10-2013, 15:05
Oxunub: 4 235
Bolgexeber.com bildirir ki,bu gün Füzuli rayon İcra Hakimiyyətində Azərbaycan Prokurorluq orqanlarının 95 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, prokurorluğun cəmiyyətdəki yeri və rolundan danışmışdır. Alı Alıyev bildirmişdir ki, müstəqil Azərbaycan Respublikasının ən müasir inkişaf tarixi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı və onun dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Həyatını xalqına xidmətə həsr edən Heydər Əliyevin titanik fəaliyyəti, müdrik dövlətçilik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasında dünyəvi, hüquqi və demokratik bir dövlət qurulmuş, vətəndaş hüquq və azadlıqlarının reallaşmasına hərtərəfli təminatlar verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
Alı Alıyev qeyd etmişdir ki, ulu öndərin tarixi reallığı bərpa edən, milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Onun sözlərinə görə, bu Sərəncam prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən tarixi hadisədir.
Alı Alıyev prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Füzuli rayon prokuroru Rəfail Zeynalov geniş məruzə ilə çıxış etmiş və Respublikanın Baş Prokuroru cənab Zakir Qaralovun prokurorluq əməkdaşlarına ünvanladığı təbrik mətubunu tədbir iştirakçılarına oxumuşdur. R.Zeynalov bildirmişdir ki, bu gün öz peşə bayramını və Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 95-cı ildönümünü qeyd edən prokurorluq orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərmişdir.
R.Zeynalov ölkəmizin hərtərəfli inkişafı baxımından prokurorluq orqanlarının qarşısında çox mühüm və məsul vəzifələr durduğunu vurğulamışdır. R.Zeynalov Füzuli rayon prokurorluğu tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər barədə də danışmışdır. Qeyd etmişdir ki, Füzuli rayon prokurorluğu tərəfindən qanunun aliliyi və insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizənin təmin olunması istiqamətində zəruri tədbirlər görülməkdədir.
Tədbirdə həmçinin MTN-nin rayon şöbəsinin rəisi, Füzuli rayon məhkəməsinin hakimi və digərləri çıxış etmişlər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər