BolgeXeber.Com » Bölgə » Zərdabda qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Zərdabda qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
8-02-2023, 18:29
Oxunub: 3 368
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı üç nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini T.Yusibov, Zərdab rayon sakinləri N.Mütəllimli və Ə.Məhəmmədli olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə kağız və sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitələr aşkarlanaraq götürülüb. Hər üç şəxs izahatlarında qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.
Saxlanılanlar barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər