BolgeXeber.Com » Bölgə » Zərdabda xarici ölkə vətəndaşından 4 kiloqramdan artıq heroin götürülüb
Zərdabda xarici ölkə vətəndaşından 4 kiloqramdan artıq heroin götürülüb
9-02-2023, 15:53
Oxunub: 4 256
Bolgexeber.com xəbər verir ki, Zərdabda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub – ondan 4 kiloqramdan artıq heroin götürülüb
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram 128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub. A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər