BolgeXeber.Com » Bölgə » Qaxda keçidlərdən istifadə etməyən piyadalarla bağlı profilaktiki tədbirlər keçirilib
Qaxda keçidlərdən istifadə etməyən piyadalarla bağlı profilaktiki tədbirlər keçirilib
11-02-2023, 17:42
Oxunub: 4 720
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də onların maarifləndirilməsi məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Bolgexeber.com-a məlumata görə, xüsusilə də şəhərin mərkəzi küçə və prospektlərində keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək özlərinin, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlara qaydalar barədə ətraflı məlumat verilib və bu kimi halların piyadaların xəsarət almasına, bəzi hallarda həyatını itirməsinə səbəb olduğu izah edilib.
Aparılan maarifləndirici tədbirlərə baxmayaraq analoji qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər