BolgeXeber.Com » Bölgə » Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib
Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib
11-02-2023, 19:06
Oxunub: 4 016
Bolgexeber.com xəbər verir ki, Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.
Yardımı çatdıran şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov konsulluqda qəbul ediliblər. Onlar xatirə kitabına öz ürək sözlərini yazıblar.
Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi “bir millət, iki dövlət” olduğunu, həmişə--yaxşı gündə də, çətin məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.
Tərtərli nümayəndələr zəlzələdə halak olan türk qardaş və bacılarımıza rəhmət, yaralılara tezliklə öz sağlamlıqlarına qovuşmağı diləyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər