BolgeXeber.Com » Bölgə » Zərdabda maarifləndirmə tədbiri keçirilib

Zərdabda maarifləndirmə tədbiri keçirilib

18-02-2023, 10:40
Oxunub: 1 952

Bolgexeber.com xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məlikli kənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.


Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev müasir dövrümüzün ən böyük probleminə çevrilən»ağ ölümün» fəsadlarından danışıb. Zərərli maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən rəis müavini, məktəblilərə dəyərli tövsiyələr verib.


Görüşdə müzakirə olunan mövzular ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.