Siyəzəndə əməliyyatlar zamanı ikisi qardaş olmaqla 4 nəfər saxlanılıb
23-02-2023, 10:16
Oxunub: 3 128
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Həmin şəxslərdən narkotik vasitə olan marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin, 30 ədəd metadon həbi və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər