BolgeXeber.Com » Bölgə » Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb
Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb
23-02-2023, 13:40
Oxunub: 3 048
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcəbədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.
Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər