İsmayillida təbii fəlakət: körpülər və yollar dağilib
14-06-2011, 12:30
Oxunub: 9 603
İsmayıllıda təbii fəlakət baş verib, evlərə, əkin sahələrinə ciddi ziyan dəyib, qaz, içməli su xətləri, körpülər, yollar dağılıb
İsmayıllı rayonuna yağan güclü leysan və dağlardan gələn sel suları 15 kənddə həyatı iflic edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov bildirib ki, iyunun 13-ü axşam saatlarından başlayaraq bu gün səhərədək İsmayıllı rayonunun dağlıq və dağətəyi ərazilərində yağan güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları rayonun cənubundakı Qarakollu, Aşıqbayramlı, Kürdmaşı, Şükürçü, Yenikənd, Kəlbənd, Girk, Balik, Enişdibi, Talış və şimalındakı Cülyan, Talıstan, Tircan, Macaxı, Diyallı kəndlərində həyətyanı sahələri sel basıb, 20-yə yaxın evə su dolub, hasarlar, yollar, 10-a yaxın piyada və avtomobil körpüsü dağılıb. İsmayıllı-Macaxı yolu dağılaraq bağlanıb.
Elektrik və rabitə dirəklərinin aşması nəticəsində hazırda kəndlər işıq və telefonsuz qalıb. Rayonun cənubundakı kəndlərin magistral və daxili qaz, içməli su xətlərini sel aparıb. Süni göllər dolaraq daşıb, əkin sahələrini sel basıb.
Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yağış və seldən ziyan çəkmiş kəndlərdə vətəndaşların müraciətlərinə baxırlar. Ərazilərə ağır texnikalar cəlb edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər