BolgeXeber.Com » Bölgə » Lütvəli Babayevin kadr siyasəti Zərdablıları qəzəbləndirir və ikrah doğurur

Lütvəli Babayevin kadr siyasəti Zərdablıları qəzəbləndirir və ikrah doğurur

3-10-2013, 10:55
Oxunub: 5 118 Zərdab rayon icra hakimiyyətinin başçısı, adı daim müxtəlif qalmaqallarda hallanan Lütvəli Abdulleyevin kadr siaysəti rayon ictimaiyyətinin qəzəbinə səbəb olub. Belə ki, Lütvəli Abdullayevin üstünlük verdiyi kadrlar əxlaq və mənəvi dəyərlərə qiymət verməyən şəxslər olduğuna görə rayon əhalisində ikrah hissi yaradır.

Bu barədə Zərdabdan daxil olan məlumatda bildirilir ki, Lütvəli Abdullayevin iki ay əvvəl Azərpoçtun Zərdab filalına rəhbər təyin etdiyi Şəmsi adlı şəxsi rayonda hər kəs icra başçısının «iş verəni» kimi tanıyır. O uzun müddət icra başçısına yalan məlumat ötürməklə bir yerdə çörək kəsdiyi çoxlu insanların üzünə dururaraq şərləyən adam kimi rayonda ad çıxarıb.

Məlumata əsasən şərlənməyə məruz qalaq vəzifəli şəxslər arasında köhnə dostları RİH başçısının müavini İ.Abdullayev və işiq idarəsinin rəisi Ə.Məmmədov da var. Hətta bildirilir ki, başçının müavini ona şər atdığına görə keçmiş dostunu məhkəməyə belə verib.



Bir neçə gün bundan əvvəl Şəmsi gecə saatlarında poçtun “Chevrolet” markalı avtomobilini sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə edərkən ağır qəza tərədib. Qəza nəticəsində xəsarət alanlar olub və dövlət maşınına ciddi ziyan dəyib. Buna baxmayaraq Lütvəli Babayevin tapşırığına əsasən qəzanın üstü ört-basdır olunub. Xəsarət alan şəxslər isə öz hesablarına müalicə olunublar.

Məlumatda həmçinin o da qeyd olunur ki, Lütvəli Babayevin bu tipli şəxslərlə çalışması və onların «xidmətindən» istifadə etməsi rayon əhalisinin ikrahına səbəb olmaqla yanaşı əhalidə qıcıq və qəzəb yaradır. Əhali Zərdab rayonunda hakimiyyətin bu tipli insanlara tapşırılmasından da ciddi narazıdırlar. Onlar hesab edirlər ki, Zərdab rayonunda daha ləyaqətli insanlar var ki, dövlət hakimiyyətini təmsil edə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl Zərdab sakini Şəfəq Səfərəliyva icra başçısı Lütvəli Babayevin onu öz kabinetində zorlamağa cəhd etməkdə ittiham etmişdi və bundan sonra uzun çəkən qalmaqaldan sonra həmin qadın həbs olundu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az