Şəkidə özbaşnalıq baş alıb gedir
5-10-2013, 11:40
Oxunub: 4 703
Redaksiyamıza daxil olan məlumatlarda Şəki RİH-nin başçısı Elxan Usubovun qeyri-qənaətbəxş fəaliyyətindən, onun “xeyir-duası” sayəsində rayonda baş alıb gedən özbaşınalıqlardan bəhs olunur. Qeyd edək ki, bu istiqamətdə məlumatlar artıq uzun müddətdir ki, DİA.AZ-a təqdim olunmaqdadır.
Məlum olduğu kimi bir müddət əvvəl E.Usubov Ağstafa rayonuna başçılıq edirdi. Həmin vaxtlarda Ağstafa rayonunda baş verən özbaşınalıqlar barədə kütləvi informasiya vasitələrinə daxil olan çox saylı şikayət məktublarında da bu rayonda baş verənlərin əsas səbəbkarı kimi RİH başçısı Elxan Usubov göstərilirdi. Məktub və ərizələrdə xüsusi olaraq vurğulanırdı ki, icra başçısı dövlət büdcəsindən ayrılmış vəsaitləri rayonun abadlaşdırılmasına və yenidən qurulmasına sərf etmir. Əvəzində isə həmin pullardan şəxsi məqsədləri üçün gen-bol istifadə olunur. Bildirilirdi ki, Usubov büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir.
Nəticədə, Ağstafada normal bir park olmadığı kimi, normal şəkildə yollar da tapmaq çox çətin idi. Başlı başına buraxılmış rayonda isə məmurlar əməlli başlı at oynatmaqda idilər. Bu gün isə E.Usubov eyni proseslər Şəkidə də cərəyan etməkdədir. Artıq iki ildir ki, Şəki RİH-nin başçısı təyin olunmuş Elxan Usubov Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini bu müddət ərzində tamamilə tanınmaz bir hala gətirib. Yerli ictimaiyyət həm də rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənir:
“Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələki bundan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir.”
Məlumatlarda həmçinin bildirilir ki, bu gün rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanış olsaq görəik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Müasir texnologiyaların tətbiqi barədə isə ümumiyyətlə danışmağa dəyməz. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı ciddi problemlər mövcuddur.
Məlumatlarda bu da qeyd olunur ki, E.Usubov Ağstafadan Şəkiyə təkcə müxtəlif problemlər deyil, həm də bu problemlərin “yaradıcılarının” da bir nümayəndəsini gətirib. Başçının qohumu olan bu şəxsin adı Nizamidir. RİH strukturlarında kiçik vəzifə tutmasına rəğmən, Nizami rayonda “böyük” işlərlə məşğul olur. E.Usubovun pulyığanı kimi tanınan bu şəxsin, deyilənə görə Şəkidə müdaxilə etmədiyi sahə yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər