Prezidentin bir ay əvvəl açdığı yol təmirə bağlandı – Foto
14-06-2011, 21:40
Oxunub: 6 954


Həmin yola Prezident 1,5 milyon manat vəsait ayrımışdı
“Mayın 5-də prezident İlham Əliyevin Saatlı və İmişliyə səfəri zamanı hər iki rayonda yenicə asfaltlaşdırılmış yerli əhəmiyyətli avtomobil yollarının açılış mərasimi oldu. Lakin üstündən heç bir həftə keçməmiş həmin yolda qabarma və çökmələr oldu, ardınca isə asfalt örtüyü dağılmağa başladı. Bu yol indi təmirə dayanıb” .
Bu sözləri Bolgexeber.com-a göndərdiyi məktubda həmin bölgənin sakini Azər Əli yazıb. Onun fotoşəkillərlə bərabər göndərdiyi yazıda qeyd olunur ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun qırmızı lenti kəsilməzdən əvvəl dövlət başçısına bildirib ki, yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib, tikinti zamanı böyük həcmdə torpaq işi görülüb, ümumilikdə, 326 min kubmetrə qədər qum-çınqıl, 31 min tona qədər asfalt-beton işləri yerinə yetirilib: “Hələ o zaman bu rəqəmlərin kifayət qədər şişirdilmiş olduğu şübhə doğurmurdu.
Deyirlər yalanın və digər yaramaz əməllərin üstü 40 gün keçməmiş açılar. Qeyd edək ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən qurulmasından ötrü Prezidentin 21 okrtyabr 2010-cu il tarixli, 1163 №-li sərəncamı ilə 1,5 milyon manat vəsait ayrılmışdı. Səfərdən sonra isə ölkə başçısı Saatlı rayonunda abadlıq və quruculuq işləri görülməsi üçün daha 2 milyon manat vəsait ayırdı. Yəqin ki, həmin vəsaitin bir neçə yüz min manatı sözügedən yolda təmir və bərpa işlərinə sərf olunacaq. Yol təmirdən çıxandan sonra onun yenidən açılışında ölkə başçısının iştirak edib-etməyəcəyi hələlik məlum deyil” .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər