Fəzail Ağamalı müəllimləri təbrik etdi
5-10-2013, 16:10
Oxunub: 4 558

Əziz müəllimlər!
Sizin hər birinizi Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edir, can sağlığı və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram!
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür. Həyatımızda müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhmətini və xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı və bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti idarə edir və yüksək zirvələrə qaldırırlar.
Müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmləndirilməsində xidməti olan hər bir insanın arxasında müqəddəs müəllim əməyi dayanır. Bütün peşələrin fövqündə dayanan müəllimlik sənəti bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilməkdədir.
Dəyərli peşə daşıyıcıları! Sizi bir daha səmimi qəlbdən təbrik edir, çətin və şərəfli vəzifənizdə yüksək nailiyyətlər diləyirəm.
Dərin hörmətlə,
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət vəkili.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər